Azərbaycanın palçıq vulkanı: Avropa heyrət içində – “Euronews”ün efiri

969
0
azerbaycanda palciq vulkani euronews

Dünyanda palçıq vulkanlarının 1/3 hissəsi Azərbaycanda, cəmlənib. Azərbaycan dünyanın ən böyük palçıq vulkanı sıxlığına malik ölkədir. Təbiətin möhtəşəm və sirri açılmamış təzahürü bütün forma və çeşid müxtəlifliyi ilə qəsdən sanki burada canlanıb. Elə bu səbəbdən də Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Avropanın məşhur kanallarından birində ölkəmiz haqqında reportaj hazırlanıb. Azərbaycanın sağlamlıqla bağlı təbii ehtiyatları haqqında geniş araşdırma aparılıb. Palçıq vulkanı isə xüsusi qeyd edilib.

Bildirilib ki, palçıq vulkanı püskürəndə qaz çıxır. Bu qazların 80 faizi metandır, tərkibində karbon qazı, hidrogen və azot da var. Tərkibində çoxlu üzvi maddələr, mineral duzlar və kimyəvi elementlər olan vulkanik palçıq dəri üçün çox faydalıdır.

Reportajı hazırlayan məşhur jurnalist Monika Pinna bundan başqa ölkənin bir neçə bölgəsində rast gəlinən şəfalı isti sular haqqında da danışıb. Ölkənin başdan-başa şəfa qaynağı olduğunu deyən jurnalist təəccübünü də gizlətməyib.

https://tr.euronews.com/gezi/2022/12/15/azerbaycanin-camur-volkanlari-ve-kaplicalarinda-eglence-ile-sifa-bir-arada

Sevinc Hüseynova

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam