4 gün ərzində 20 dəqiqə zəif elektrik cərəyanı beyni stimullaşdırır, yaddaşın zəifləməsinin qarşısını alır. “Nature Neuroscience” jurnalında dərc edilən araşdırmaya görə, beyində normal sinir fəaliyyətini təqlid edən zəif cərəyan yaşlıların yaddaşını yaxşılaşdıra bilər. Tədqiqatda 150 nəfər 50-65 yaş arası insanlar insanlar iştirak ediblər. Həmin insanlara 4 gün ard-arda papaq geyindirilib və papaqla onların beyinlərinə aşağı dozalı elektrik implusları ötürülüb.
20 dəqiqəlik seanslar zamanı subyektlərə hər biri 20 sözdən ibarət beş siyahı verilib. İştirakçılara həmin siyahını yadda saxlamaq tapşırılıb. Elektrik cərəyanı insanlarda beynin fərqli hissələrinə ötürülüb. Bəzilərində beynin xatirələrlə bağlı, bəzilərində rəqəmlərlə bağlı hissələrinə cərəyan verilib. Daha sonra iştirakçılara test verilib. Nəticədə məlum olub ki, cərəyan ötürülən insanlarda beynin fəaliyyəti aktivləşib. Boston Universitetinin tədqiqatçılarının fikrincə, bu yeni texnologiyaların yaradılması üçün mühim araşdırma ola bilər.
Mənbə: Euronews
Sevinc Hüseynova
Bu Video sizə daha maraqlı ola bilər
Uşaqlarda cinsi inkişaf necə gedir – Medical Meida Live
✔ Bu xəbər sizə maraqlı ola bilər
Limon suyunun inanılmaz faydaları
Son Yazılar
- « Przyjmuje Zakłady Sportowe Krzyżówka Hasła I Podpowiedzi Perform Krzyżówek Workwear
- Las Mejores Viviendas De Apuestas Deportivas En Perú
- Book of Ra: Warum Spieler in deutsche Casinos immer wieder ziehen
- Site Oficial De Cassino Online Elizabeth Apostas No Brasil