Direktor: 2022-ci ildən həkimlərin aylıq vəzifə maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunur 

1053
0
Vüqar Qurbanov

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin qərarı ilə 1 iyun 2022-ci il tarixindən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan ixtisaslı həkimlərin aylıq vəzifə maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunur. Bundan əlavə, ixtisaslı həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilir.

Bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB – Tibbdə müasir keyfiyyət mərhələsi: Real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransı keçirilib. Konfransda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) 1 illik hesabatında bildirib. 

V.Qurbanov bildirib ki, ixtisaslı həkimlərə ödənilən əməkhaqqının məbləği vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra vəzifə maaşı və sabit həvəsləndirici əlavələrlə birlikdə minimum 1000 manat təşkil edir. Eyni zamanda, ailə həkimlərinə ödənilən aylıq sabit həvəsləndirici əlavənin məbləği artırılaraq 500 manata çatdırılmışdır.

İcraçı direktor qeyd edib ki, artım həkim-stomatoloqlar istisna olmaqla, həm ambulator, həm də stasionar şəraitdə xidmət göstərən bütün ixtisaslı həkimlərə şamil olunur. Səhiyyə işçilərinin əməkhaqlarının artımı ilə bağlı budəfəki dəyişiklikdən təxminən 19 minə yaxın səhiyyə işçisi faydalanır: “Əməkhaqqı artımları ilə bağlı təkliflərin dəyərləndirilməsi və dəyişikliklərin edilməsi məqsədi ilə Əməkhaqqı Komissiyası fəaliyyət göstərir.  Daxil olan təkliflər komissiya üzvləri tərəfindən dəyərləndirilir”.

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam