Dərman çatışmazlığı problemi niyə həll edilmir? – VİDEO

1091
0
saxta dərman xəbərdarligi

Onkoloji, şəkər, təzyiq, ürək xəstəlikləri və əməliyyat blokunda istifadə olunan bir sıra dərmanlarda çatışmazlıqlar var. Ona görə də hazırda dərman bazarında ciddi problemlər yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, Milli Məclisdə dərman bazarındakı son vəziyyət növbəti dəfə qabardılıb.

Millət vəkili Rəşad Mahmudov da təsdiq edib ki, bir sıra dərmanları tapmaqda çətinliklər yaşanır.

Millət vəkilinin sözlərinə görə, dərman çatışmazlığının əsas səbəbləri istehlak və istehsaldakı hazırkı durum, logistika xərclərinin artması və ən əsası daşıyıcılar tərəfindən düzgün siyasətin qurulmamasıdır. Ən başlıcası isə hazırda qiymət artımını tənzimləyəcək bir mexanizmin olmamasıdır.

Rəşad Mahmudov vurğulayıb ki, bu kimi problemlər vaxtında həll olunmadığı təqdirdə dərmanlar ölkəyə qeyri-leqal yollarla daxil olur. Bu da süni bahalaşmaya zəmin yaradır. Ona görə də aidiyyəti qurumlar arasında əlaqələndirilmiş iş mexanizmi qurulmalıdır.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

dernan catismazligi

oxu: Süni mayalanma ilə doğulan uşaqların atası kimdi? – VİDEO

Bu ölkə koronavirusdan qurtula bilmir

Hər iki nəfərdən biri boşanır? – SƏBƏB

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam