Bəzən davamlı komputer qarşısında oturduqda, hərəkətsiz olduqda çiyin ağrıları baş verir. Çiyin ağrıları, xüsusilə, orta yaş və yaşlı insanlarda sıx görülür. Kiçik yaşlarda daha çox travmatik xarakter daşıyır. Çox nadir hallarda kiçik uşaqlarda, xüsusilə bazu sümüyünün çiyinə yaxın hissəsində şişlər ola bilər ki, bu da ağrı verə bilir. Amma daha çox bu şişlərin xüsusi xarakteri sakit halda və gecə belə ağrı verməsidir.
Fizoterapiya müalicə üsullarından danışan Fizioterapevt-Reabilitoloq Məhhəməd Əliyev bildirir ki, Çiyin ağrıları daha çox qadınlar arasında sıx rast gəlinir.
“Omuz ətrafı əzələlərdə, vətərin keçdiyi kanallarda hərəkətsiz qalır. Omuz hərəktsiz qalır. Bəzən xəstə elə vəziyyətə gəlir ki, qolunu tərpədə bilmir. Nəticədə pasiyent əməliyyat olunur”,-deyə o qeyd edib.
Fizoterapiya müalicə metodu ortopedik və nevroloji xəstəliklərdə, həmçinin gərginliyi azaltmağa və orqanizmi xoşagəlməz xəstəliklərdən qorumağa kömək edir. Eyni zamanda indiki dövürdə daha sıx rast gəlinən qrijanin ağırlıq götürmə, yaranan qrijalar daha ağırlıq götürmə həmçinin vitaminsizlikdən meydana gəlir.
Şahnun