Bu xəstəxanaya 285 min nəfər müraciət olub

706
0
hekimlik vakansiya

Ötən il Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə 285 min müraciət daxil olub.

Xəstəxanadan STV-yə bildirilib ki, Şəmkir rayonunda əhalinin sağlamlığını qorumaq məqsədilə 549 çarpayılıq 12 xəstəxanada və ambulator-poliklinika yardımı göstərən 40 müalicə müəssisəsində 336 həkim, 1057 nəfər orta tibb işçisi çalışır. Rayon əhalisinin hər 10000 nəfərinə 15,1 nəfər həkim, 47,5 nəfər orta tibb işçisi, 27,7 xəstəxana çarpayısı düşür. Rayon səhiyyə sistemində çalışan işçilərin ümumi sayı 2 min 255 nəfərdir.

Ötən il ərzində Şəmkir rayonu ərazisində yerləşən xəstəxanalara ümumilikdə 343 min 918 müraciət daxil olub (təkrar müraciətlər də daxil). Onlardan 285 min müraciət Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə müayinə və müalicə üçün edilən müraciətlərdir.

Ötən il Şəmkir Rayon Mərkəzi Xəstəxanası PHŞ-də 8 min 186 nəfər stasionar müalicə alıb.

2022-ci ilin qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, sinir sisteminin, qan dövranı sisteminin və həzm orqanlarının xəstəlikləri üstünlük təşkil edib.

Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə 2022-ci ilin son 6 ayında təkrar müraciətlər də daxil 795 şəhid ailəsi, qazi və müharibə iştirakçısı müraciət edib. Onlardan 184 nəfəri I Qarabağ müharibəsi iştirakçısı, 36 nəfəri isə şəhid ailəsidir.

Ötən ilin 6 ayı ərzində Aprel zəfərinin iştirakçılarından 17 nəfər, şəhid qailələrindən isə 3 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanası PHŞ-də müayinə və müalicə olunub.

Eyni zamanda, Vətən müharibəsi iştirakçılarından 360 nəfər, qazilərdən (müharibədə xəsarət alanlar da daxil olmaqla) 150 nəfər, şəhid ailələrindən isə 45 nəfər müayinə və müalicə üçün müraciət edib.

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam