Toylarda, şənliklərdə və digər təbirlərdə aparıcılıq, çalğıçılıq və rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi və bərbər fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən icbari tibbi sığorta haqqı ödəniləcək.
Bu barədə məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılan və “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Bu sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən istifadə edə biləcəklər.
Qanuna dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.