Bu oyuncaqları almaqla uşaqlarınızı təhlükəyə atmayın – Elvin Temurov – Səhiyyə TV

469

Bir çox oyuncaqlar uşaqların sağlamlığı üçün təhlükə yarada bilər, çünki plastik beynəlxalq təhlükəsizlik qaydalarına cavab vermir. Bu, yeni araşdırmada üzə çıxıb.

Böyük Britaniyanın Plimut Universitetinin alimləri istifadə olunmuş 200 plastik oyuncağın analizini aparıblar. Onlar bu oyuncaqları evlərdən, uşaq bağçalarından və xeyriyyə mağazalarından alıblar. Bu oyuncaqlara avtomobillər, qatarlar, tikinti məhsulları, formalar və bulmacalar daxildir. Hamısı elə ölçüdə idi ki, onları kiçik uşaqlar çeynəyə bilərdi. Onlar bu oyuncaqlarda yüksək konsentrasiyada zərərli maddələr, o cümlədən sürmə, barium, brom, kadmium, xrom, qurğuşun və selen aşkar ediblər. Bu maddələr uzun zaman aralığında uşaqlar üçün zəhərlidir.

Sınaqdan sonra məlum oldu ki, oyuncaqların çoxu brom, kadmium və ya qurğuşun buraxır ki, bu da Avropa Şurasının Oyuncaqların Təhlükəsizliyi ilə müəyyən edilmiş standartları üstələyir.

5/5 - (1)
Söhbətə başla
Bizə yazın
Salam