Azərbaycanda havanın çirkləndirilməsi ölümləri 10%-18% artırır

1175
0
havanın çirkləndirilməsi

Yüksək-orta gəlirli ölkələrlə müqayisədə, Azərbaycan ekoloji itkilərdən, aşağı material və torpaq məhsuldarlığından, suyun azlığından və yüksək emissiya intensivliyindən əziyyət çəkir.

STV xəbər “APA-Economics”ə istinadla xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya Dayanıqlı İnkişaf Departamentinin Ətraf Mühit, Təbii Sərvətlər və Mavi İqtisadiyyat üzrə baş mütəxəssisi Saşa Ayxberqer çıxışı zamanı bildirib.

O bildirib ki, GRID qiymətləndirməsi ölkənin ekoloji təzyiqlərin azaldılması və təbii resursların dəyərinin qorunması istiqamətində irəliləyişin kifayət olmadığını göstərir: “Azərbaycanda narin asılı hissəciklər (PM2.5) ilə havanın çirkləndirilməsi əsasən küləklə gətirilən tozdan və karbohidrogen mənbələrdən irəli gəlir və qeyri-qəza ölümlərini 10%-18% artırır. Bu göstərici Şərqi və Mərkəzi Avropa regionunda ortalama göstəricidən yüksəkdir. Həmçinin, Qlobal Xəstəlik Yükü hesablamalarına görə, ölüm səviyyəsi ilə bağlı rifah itkiləri ÜDM-un 3%-12%-nə ekvivalentdir”.

oxu: Süni mayalanma ilə doğulan uşaqların atası kimdi? – VİDEO

Bu ölkə koronavirusdan qurtula bilmir

Hər iki nəfərdən biri boşanır? – SƏBƏB

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam