Axtarış-xilasetmə qruplarını gözləyən xəstəlik

250
turkiyede dagintilar zelzele

Uzun müddət dağıntılar altında axtarış-xilasetmə işləri ilə məşğul olan insanlarda “sarkoidoz” xəstəliyi yarana bilər.

Xəstəlik öskürək, halsızlıq, oynaq ağrısı kimi simptomlarla özünü göstərir.  Bununla bağlı türkiyəli Altınbaş Universiteti Tibb Fakültəsi müəllimi Şevket Özkaya açıqlama verib. 


O bildirib ki, dağıntılar altından çıxan və dağıntıların ətrafında yaxınlarının xilas edilməsini gözləyən vətəndaşlar da daxil olmaqla, bütün xilasetmə qrupları “sarkoidoz” təhlükəsi ilə üzləşə bilərlər.

Sarkoidoz səbəbi bilinməyən, ancaq ətraf mühit faktorlarının təsirindən yaranan bir ağciyər xəstəliyidir. Qırıntı hissəciklərinə məruz qalan bu insanlarda öskürək, təngnəfəslik, halsızlıq kimi şikayətlər müşahidə edilir. Bundan başqa, uzun müddət oynaq ağrıları da hiss edilirsə, mütləq həkimə müraciət etmək lazımdır.

Mütəxəssis xəbərdarlıq edib ki, həmin insanların sağlamlıqları yaxından izlənilməlidir. 

Sevinc Hüseynova

Söhbətə başla
Bizə yazın
Salam