Avtomobilin vurduğu piyada xəstəxanada ölüb

705
0
hekimlik vakansiya

Ağcabədi rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Hadisə yanvarın 4-ü saat 12 radələrində rayonun Boyat kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini, 1966-cı il təvəllüdlü Cəfərov Yasir Rəhim oğlu idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən piyada, 1958-ci il təvəllüdlü Əsgərov Bakir İslam oğlunu vurub. Nəticədə piyada aldığı bədən xəsarətlərindən yanvarın 5-də Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Fakta bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. report

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam