Ana-uşaq bağlılığı: travma yarada bilərmi?

982
0
ana ve usaq bagliligi

Valideynlərin çətinlik çəkdiyi mövzulardan biri də, uşaqların ata-anaya hədsiz bağlılığıdır. Xüsusən analar uşaqla çox vaxt keçirdiyi üçün bu hal ana-uşaq simbiozu adlanır. Belə olduqda ana evdən çıxa bilmir, çıxsa da uşaq ağladığı üçün məcbur qalıb onu da özüylə aparır. Bu hallar, nəinki  balaca uşaqlarda, hətta evdə sərbəst qala biləcək 8-9 yaşlı uşaqlarda da təsadüf olunur. Uşaq aqressiv davranır, ağlayır, valideyn getməsin deyə israrçı davranış sərgiləyir. Valideyn çox müqavimət göstərsə, reaksiya versə bu hal ağır isterik davranış pozuntusuna da çevrilə bilir. Zaman keçdikcə bu özünü uşaqda daxili gərginlik, yuxu pozulmaları şəklində göstərə bilir. Belə hallar uşaqda simbiozun olması siqnalını verir.

Simbioz uşaqların sosiallaşmasında, bağça eləcə də, məktəb həyatında problemlərin yaranmasına səbəb olur.

Mütəxəssislərin fikrincə, 3-7 yaş arası simbiozu korreksiya etmək kifayət qədər asandır. Ancaq bu yaş aralığından sonra müraciət edən pasiyentlərlə iş olduqca çətinləşir. Bu hallarda psixoloq həm valideynlərlə, həm də uşaqlarla işləməli, fərdlər ümumilikdə ailə psixoloqu tərəfindən terapiya görməlidir.

Sevinc Hüseynova

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam