Ağciyər xərçəngi xəstəliyinin ilkin simptomlarından biri xəstənin xeyli arıqlamasıdır.
Amerika alimləri araşdırmaları nəticəsində bu qənaətə gəlib. Belə ki, ağciyər xərçəngindən əziyyət çəkən insanlar üzərində eksperiment aparılıb.
“Xərçəngin əlamətləri çox dağınıq və çətin fərqləndirilir. Arıqlama, kəskin çəki itkisi də xərçəngin carçısı ola bilər. Xəstə yediyindən çox kalori yandırır.Buna səbəb şişin qana kimyəvi maddə hasil etməsidir. Buna görə bəzən çəkinin azalmasının fərqinə varmırlar”,- deyə tibb mütəxəssisləri bildirib.
Zeynəb Müzəffərli