DİETİK ÇAYLAR XƏSTƏLİKLƏR YARADA BİLƏR
“YAĞ İTKİSİ DEYİL, SU İTKİSİ YARADA BİLƏR”
Çəki atmaq üçün bir çox xanımlar arıqlama çaylarından istifadə edirlər. Amma bu çayların faydalarından çox zərərləri var. Dietoloq Seda Erçetinin sözlərinə görə bu tip arıqlama çayları qaraciyəri çürüdə bilər, hətta ölüm halı yarada bilər.
Həkimin sözlərinə görə dietik bitki çayların qəbulu bədəndə yağların deyil, su itkisinə səbəb olur.
Sağlam arıqlamaq üçün əsas üsul yağ əritməkdir. Araşdırmalara görə arıqlama çayları təkbaşına çəki azaltmağa kömək etmədiyi kimi, böyrəydə ciddi xəstəliklər yarada, ürəyin ritmini poza da bilər.
Zeynəb Müzəffərli, Səbuhi Mustafayev, STV xəbər