Qeysəriyyə üsulu ilə doğuşun fəsadları

Qeysəriyyə üsulu ilə doğuşun fəsadları

Qeysəriyyə üsulu ilə doğuşun fəsadları

KİMLƏRƏ QEYSƏRİYYƏ ƏMƏLİYYATI OLMAZ?

Dr.Nigar Axundova Cərrah mama-ginekoloq danışır

Son zamanlar qeysəriyyə yolu ilə doğuşlara üstünlük verilir. Bu həm həm özəl, həm də dövlət klinikalarında bu proses həyata keçirilir. Amma əslində belə deyil. Qadınları əksəriyyəti  bu seçimi özləri edirlər.Təbii ki, bu da düzgün deyil. Çünki cərrahi üsulla doğuş həyata keçirən qadınlarda sonradan fəsadlar yaranır. Bəs, bu fəsadlar hansılardır. Bunu, Şahnunun hazırladığı sujetdən biləcəyik.

Ana Olmaq Hər Bir Qadinin Arzusudur. 9 Ayliq Məşəqqətli Yoldan Sonra Doğuş Sancilarini Çəkmək Fikri İsə Xanimlari Ən Çox Qorxudan Məqamlardandir. Ona Görədə Qadinlar Sanci Çəkməmək Üçün Keysəriyyə Əməliyyatini Seçirlər.

Nigar Axundova –  Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi

Həkimlərin sözlərinə görə ana və uşaq üçün ən sağlam olanı təbii doğuşdur lakin hər hansisa səbəblə əlaqəli göstəriş varsa  qeysəriyyə əməliyyatı şərtdir.

Ananın özünə bağlı bəzi problemlər, hətta hamiləlik zamanı ortaya çıxan ani təzyiq yüksəlişi, anada yanaşı gedən ürək qüsurları və ya başqa orqanlarda DƏYİŞİKLİKLƏR  getdiyi zaman ana və dölün həyatını riskə atmamaq üçün qeysəriyyə əməliyyatına üstünlük verilər bilir. Əlbəttə uşaqlar təbii yolla doğulsalar yaxşı olar. Bu təbiətin qanunu olub, həm qadın orqanizmi, həm də uşaq üçün faydalıdır. Lakin bəzi patologiyalar zamanı çıxış yolu yalnız keysəriyyə əməliyyatıdıR. İstənilən halda, doğuşun hansı metodla həyata keçirilməsi barədə son qərarı həkim verməlidir.

Şahnun qasımova, İbrahim orucov stv xəbər.