İlkin tibbi yardım məktəblərdə öyrədilirmi?

ilkin tibbi yardım dersleri

“BU SAHƏDƏ KURSLARIN TƏŞKİLİ ZƏRURİDİR”

Sağlam yaşamağın əsas şərtlərindən biri də tibbi biliklərə yiyələnməkdir. İxtisasdan, peşədən asılı olmayaraq hamının bu bilikləri əldə etməsi zəruridir. mütəxəsisslər bütün biliklərin başlanğıcını məktəbdə öyrəndiyimiz üçün, elə bu sahədə də maarifləndirmənin məktəbdən başlamalı olduğunu bildirirlər.

Bu barədə ekspertlər nə deyir, onların fikirlərinə baxaq:

KAMRAN ƏSƏDOV – TƏHSİL EKSPERTİ

İnsan sağlamlığına dair kursun tədrisində şagirdlərə sağlamlığı möhkəmləndirən və pozan amillər, zəruri vərdişlərdən qorunma tədbirləri, onların proflaktika və müalicəsi, təhlükəli anlarda tibbi yardım bilgiləri aşılamaq mümkündür. Bəs bu tib kursların məktəblərdə icra olunmasına dair təkliflər irəli sürülübmü?

Millət vəkili Rəşad Mahmudov bildirdi ki, təkcə tibbi yardım bilikləri deyil, eyni zamanda, narkomaniyaya qarşı da maarifləndirmə tədbirləri məktəblərdə icra olunmalıdır. Millət vəkili bu sahədə müvafiq qurumların nümayəndəliklərindən ibarət şəxslərin təlimlər keçirməsini məqsədəuyğun hesab edir.

RƏŞAD MAHMUDOV- MİLLƏT VƏKİLİ

İlkin tibbi yardıma dair məlumatlı olmaqla ətrafımızda narahatlıq keçirən şəxsə kömək edə, ilkin müdaxilə ilə həyatını xilas etmək mümkündür.

Zeynəb Müzəffərli, Səbuhi Mustafayev, İbrahim Orucov, STV xəbər