Bəzən sırf özümüzə doğru suallar verməyi bacarmalıyıq
Özümüzə verilən həmin doğru suallar bizim doğru səmtə yönəlməyimizə çox yardımçı olur.
İstər işdə istərsə də gündəlik zaman axarında hər birimiz bir çox negativ, xoşagəlməz hallarla rastlaşırıq. Bəs bu tip situasiyaların bizim əhvalımıza təsirini azaltmaq üçün nə etməliyik? Və ya belə halları öz xeyrimizə işləməsini necə təmin etməliyik?
Optimist qalmaq üçün nə etməliyik?
✔ Cavabı hər kəsə görə dəyişə bilər. Amma mənə görə net bir şeylər var.
1. Zehninizi aydın tutun; Səhər tezdən duranda insan necə olur? Uşaq kimi beynimiz saf, aydın və şəffaf olur. Daha sonra günə başlayan kimi hər şey dəyişir dolaşır qarışır və biz də düşürük bu dolaşığın içinə çıxa bilmirik. Nəticədə isə hər şey öz ayarından çıxır (içində bizim əhvalımız da olmaqla) gün sonu çatmalı olduğumuz əsas hədəflərimiz qalır bir yanda və bir anda görürük ki, artıq enerjimiz tükənibdir, ya eve getmək istəyirik ya da yorğunluğu atacaq bir şeyler etmək və sairə.
✔Məhz bunların olmaması üçün, gərək ki, hər 1 saatdan bir gedəsən güzgü qarşısına özünə bir baş çəkəsən günün necə keçir? Nə edirsen hal-hazırda (qısaca özünlə bir “nəvar-nəyox” edəsən). Üzünə su da vur hərdən. 🙂 Nəisə çox uzatdım diyəsən amma demək istədiyim odur ki, zehnini aydınlandır və əsas həyati məsələlərinə köklən. Bunu rəhbər tutaraq gündəlik-həftəlik görməli olduğun işləri bitirməyə çalış. Var gücünlə çalış. Elə çalış ki, ətraf amillər, insanlar belə sənə mane ola bilməsin. Fikrin dağılmasın hər xırda nüansa görə.

1. Ən uzun məsafələr belə ilk addımı atmaqdan başlayır. 1-ci addım, sonra 2-ci, sonra 3-cü və beləcə davam. Yetərki yerində sayma))
2. Mənə görə səhər tezdən işə gəlib yerləşən kimi, 1 fincan yaxşı və az şirin əsl kofe süzürsən + qulaqcıqları taxırsan sənin birbaşa ruhuna işləyə biləcək bir musiqi seçirsən və onu dinləyə-dinləyə gərgin iş həyatına pozitivcəsinə atılırsan.
3. Maksimum sürətli başlayırsan işə. Sürətli də davam edirsən, beləcə gün ərzində işdə görməli olduğun işin 70 %-ni nahara qədər bitirirsən.
4. Daha sonra heçnə, biraz fasilə biraz nəfəs biraz təkan və yenə qayıdırsan özünə… Nə idi həyati önəmli işlərin? Yenə yada salırsan və yola davam edirsən.
Hərdən qəribə gəlsə də deyim, o qədər dolaşıq olurki işlər, özünü belə unudursan. Bütün bu saydıqlarım məhz buna görədir. Gərək ki, tez-tez özümüzə baş çəkək gün ərzində gəlib keçən qarışıq hadisələrin fonunda.
Ürəyimdən gəldi yazdım. Oxuyanlara və faylalı olduğunu düşünənlərə Təşəkkürlər.
#alimalirzayev
Bu da bugunki bəyənib dinlədiyim musiqim.