13 il sonsuzluqdan sonra üçəmi oldu – Foto

839
1
sumq

13 il sonsuzluqdan əziyyət çəkən və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın üçəm dünyaya gətirib.

STV xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzininin sosial şəbəkə hesabında məlumat verilib.

Qeyd olunub ki, bir müddət əvvəl Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəzə 44 yaşlı Abşeron rayon sakini 31-32 həftəlik üçdöllü hamiləliklə daxil olub. Anesteziologiya-reanimasiya şöbəsinə yerləşdirilən pasiyentə EKM.13 il sonsuzluq, vaxtından əvvəl doğuş qorxusu, xroniki tromboflebitin kəskinləşməsi, artroz və ağır dərəcəli anemiya diaqnozu qoyulub.

Anesteziologiya – reanimasiya şöbəsinin müdiri Elmar Süleymanovun müalicəsi ilə ağır durumdan çıxmış qadın Patologiya şöbəsində müalicəsini davam etdirib. 33-34 həftəsində cərrahi doğuşdan 2 qız və oğlan uşağı doğulub. 1300, 1700, 1900 qram çəkidə doğulmuş üçəmlər Neonatal reanimasiya və intensiv terapiya, Xəstə və yarımçıq doğulmuşlar şöbəsində müalicə alaraq 1975, 2250, 2300 qram çəki ilə evə yazılıblar. 

Rop müayinə (körpələrin göz bəbəklərini böyütməklə retina adlanan gözün sinir qatının müayinəsi), audiometriya müayinəsində hər hansı problem aşkarlanmayıb, nevroloji və somatik durumları normal olub.

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

13 il sonsuzluqdan sonra üçəmi oldu – Foto” haqqında bir fikirlər

  1. I am extremely impressed along with your writing talents and also with the layout on your blog. Is that this a paid subject matter or did you modify it your self? Either way stay up the nice high quality writing, it’s rare to peer a great blog like this one today. !

Söhbətə başla
Bizə yazın
Salam