Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Resursların idarə olunması departamentinin Tibbi cihaz və avadanlıqlar şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
Biz nə təklif edirik:
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
• Karyera irəliləyişlərində yaradılan şərait;
• Rəqabətədavamlı əməkhaqqı.
Bizim üçün uyğun namizəd:
• Ali təhsil (Texniki ixtisaslar üzrə magistr dərəcəsi, kompüter sistemləri və proqramlaşdırma, sənayenin təşkili və idarə edilməsi, biznesin idarə edilməsi, menecment, iqtisadiyyat, logistika, statistika, tibb ixtisasları üzrə);
• İxtisası üzrə ən azı 2 il iş təcrübəsi;
• Dil bilikləri (Azərbaycan dili sərbəst, ingilis, türk və rus dilləri yaxşı səviyyədə);
• Kompüter bilikləri (Microsoft Word, Microsoft Outlook, Microsoft Excel və Microsoft Powerpoint proqramları, əməliyyat sistemləri üzrə yüksək bilik səviyyəsi);
• Beynəlxalq təlimlərdə iştirak arzu olunandır;
• Peşə və ixtisası üzrə geniş nəzəri və praktiki biliyə sahib olması;
• Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq, nəticəyönümlülük, işə planlı yanaşma;
• Sərbəst ünsiyyət və sənədlərlə iş bacarığı;
• Kollektiv ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
• TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin təchizatla bağlı müraciətlərinə baxılması, tələblərə dair araşdırmaların aparılması və aidiyyəti üzrə yönləndirilməsi;
• Tibb müəssisələrinin təchizatı ilə bağlı hesabatların aparılması, tələblərin toplanması, satın alınmasına dair planlamanın həyata keçirilməsi;
• Tabelikdə olan tibb müəssisələrinin balansında olan əsas vəsaitlərin vahid sistemdən idarə edilməsi üçün məlumat bazasının işlənməsi və yenilənməsi;
• Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
• Elektron sənədlər dövriyyəsi vasitəsilə daxil olan aidiyyəti sənədlərin icra olunması;
• Digər şöbələrdən daxil olan müraciət və sorğuların araşdırılması, aidiyyəti üzrə əlaqələndirilməsi və səlahiyyət çərçivəsində cavablandırılması;
• Şöbənin aylıq və illik tədbirlər planının hazırlanmasında iştirak edilməsi və tədbirlərin icrası istiqamətində fəaliyyətin aparılması;
• Dünyada tibb sahəsində texnoloji yeniliklərin izlənməsi, tibbi xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni təkliflərin hazırlanması;
• Peşə bacarığı və bilik səviyyəsini davamlı şəkildə yüksəldilməsi;
• Rəhbərlik tərəfindən aidiyyəti üzrə verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi;
• Rəhbəredici sənədlərin öyrənilməsi;
• TƏBİB-in daxili intizam və etik davranış qaydalarına riayət edilməsi;
• Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.
Müraciət qaydası:
• Vakansiyaya son müraciət tarixi 18.02.2023-cü il;
• CV və tələb olunan sənədlərin nüsxələrini vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir.
Əlavə məlumatlar:
• İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.
Qeyd edək ki, müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
13008 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub – TƏBİB
TƏBİB hamilə qadınlara çağırış etdi
Səhiyyə Nazirliyi xəbərdarlıq etdi