Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin alimləri koronavirusun Omikron ştamının “Kraken” adlı yeni alt növünün təhlükəsindən danışıblar.
“Kraken” artıq dünyanın bir çox ölkəsində qeydə alınıb. Xüsusilə, Danimarka, Fransa, Avstriya, Almaniya, İtaliya, İspaniya, İsveç, Norveç, Belçika, Portuqaliya və İrlandiyada müəyyən edilib.
Alimlər bu növün çox sürətlə yayıldığını və buna görə də insanların koronavirus infeksiyasının bu variantının yaratdığı təhlükəni ciddi qəbul etmələri üçün onu “Kraken” adlandırmaq qərarına gəldiklərini deyirlər.
Qeyd edək ki, indilik elm adamları əvvəllər yayılan COVID-19 variantları ilə müqayisədə “Kraken”in ölüm nisbətinin yüksək olub-olmadığını söyləmirlər.
Zeynəb Müzəffərli