Antibiotiklərin uzun müddət qəbul edilməsi yaddaş zəifliyinə pis təsir edir.
Bununla bağlı tibb alimləri araşdırma aparıblar. Eksperimentlər zamanı alimlər 210 laboratoriya siçanın bədəninə əvvəl adi su, sonra isə antibiotiklərdaxil ediblər.
Nəticədə üzərində təcrübə aparılan heyvanların bağırsaqlarında mikroflora dəyişiklikləri ilə yanaşı, hippokamplarında da dəyişikliklər baş verib. Hippokamp isə beyində hafizəyə, emosiyaların əmələ gəlməsinə cavabdeh orqandır. Bu dəyişimlər nəticəsində hippokampların yeni əsəb hüceyrələri yaratmaq qabiliyyəti zəifləyir.
Alimlərin iddiasına görə, siçanları əvvəlki vəziyyətə qaytarmaq bağırsaqlarındakı mikrofloranı bərpa etməklə yanaşı, fiziki məşqlərdən sonra mümkün olub.
Sevinc Hüseynova