İNSANLAR DAHA ZORAKI, AQRESSİV OLACAQLAR

944
1
hands

Amerikada 36 il müddətində baş vermiş 7000 hadisənin təhlili göstərib ki, sosial hərəkatların intensivliyi mülayim havanın olduğu dövrlərə təsadüf etməklə temperatur artdıqca hərəkatın zorakılığa doğru meyli də artır.

Dünyanın 12 ölkəsində 1 milyondan çox intihar hadisəsinin təhlili göstərib ki, daha yüksək temperaturlu hava intihar riskini artıra bilər və bu əlaqə Qərb ölkələrində və Cənubi Afrikada xüsusilə aydın görünür.

Ümumilikdə, havanın temperaturu ortalama olaraq 27 C-ə çatanda intihar və ya özünə zərər vurma riskinin pik səviyyəsinə çatdığı qeyd olunur.

Avstraliyada keçirilmiş bir tədqiqata əsasən, bu temperaturda xəstəxanalara müraciətlərin sayında 7,3 faiz artım müşahidə edilib.

Mütəxəssislərin fikrincə, isti, bürkü hava narahatlıq doğurur, bu isə əhval-ruhiyyənin kollektiv şəkildə pisləşməsinə və xəsarətyetirici davranışa gətirib çıxarır. Yüksək temperaturun bizi daha qəzəbli və gərgin, daha narazı etməsinə dair kifayət qədər dəlillər var.

Sevinc Hüseynova

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

İNSANLAR DAHA ZORAKI, AQRESSİV OLACAQLAR” haqqında bir fikirlər

  1. Good day! Do you know if they make any plugins to assist with SEO?
    I’m trying to get my blog to rank for some targeted keywords but I’m
    not seeing very good success. If you know of any please share.
    Appreciate it! I saw similar text here: Coaching

Söhbətə başla
Bizə yazın
Salam