İflic olmuş şəxsin danışması bərpa edildi

İflic olmuş şəxsin danışması bərpa edildi

brain signal test

Kaliforniya universitetinin alimləri iflic olmuş kişi xəstənin danışmasını təmin ediblər.

Yaza və danışa bilməyən kişi neyroprotezin köməyi ilə 1000 məşhur sözü deyə bilib.

Həmin şəxs neyroprotez üzrə ilk sınaq iştirakçısıdır.

Belə ki, o, 20 yaşında ikən insult keçirib. Nəticədə o danışmağı itirib, amma koqnitiv qabiliyyəti zərər görməyib.

Beyin dalğalarını ötürən cihaz beynin nitq kökü səthinə implant olunub. Onun köməyilə müxtəlif elektrik siqnalları alınıb, hansı ki, həmin vaxt xəstə beynində hansısa sözü deməyə cəhd göstərib.

Qeyd edək ki, hazırda proqram dəqiqədə 29 simvolu ayırd edə bilir. Söz lüğət bazası 1150 sözdən ibarətdir. Yaxın gələcəkdə 9 min sözə qədər genişlənəcək.

Zeynəb Müzəffərli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *