“Suyu ikinci dəfə qaynatmaq zərərlidir”. Ətrafımızda bunu çox insanlar deyir. Bəs doğurdanda bu belədirmi?
Çin alimləri yeni tədqiqatları ilə suyu bir neçə dəfə qaynatmağın nə qədər təhlükəsiz olub-olmadığını yoxlayıb.
Eksperiment zamanı kran suyunu bir gün ərzində bir neçə dəfə qaynadıblar, qaynama müddəti də bir qədər çox olub. Sonra həmin suda hər qaynamada baş verən dəyişiklikləri analiz ediblər.
Nəticələr göstərib ki, krandan gələn çiy su əvvəlki kimi təhlükəsiz və istifadəyə yararlı qalır.
Əgər su sanitar normalara uyğundursa qaynadıldıqca onda heç bir zərərli dəyişiklik, çöküntü olmur.
Zeynəb